Reklam resmi
Reklam resmi

Yanıb külə dönən maşının sürücüsü görün kim imiş - FOTO

Yanıb külə dönən maşının sürücüsü görün kim imiş - FOTO
Hadisə

Külə çevrilən milyon dollarlıq avtomobilin Beşiktaş prezidentinin oğluna məxsus olduğu ortaya çıxıb.

"Ajans.az" xəbər verir ki, Eyüpsultanda bazar dəyəri təqribən 20 milyon lirə olan lüks avtomobil yanıb. Hadisəni kameralarda qeydə alınıb. Araşdırmalar nəticəsində avtomobil sahibinin Beşiktaş prezidenti və iş adamı Serdar Adalının oğlu Celal Alaz Adalı olduğu məlum olub. 

34 CAA 08 dövlət nömrə nişanlı avtomobilin sürücüsü mühərrik hissəsindən tüstü qalxdığını gördükdən sonra yolu keçərək yanğınsöndürənlə müdaxilə etməyə çalışıb. Ancaq avtomobil sürətlə alov topuna çevrilib.

Hadisə yerinə xilasedicilər və polis qrupları sövq edilib. Yanğınsöndürənlər müdaxilə edərək yanğını söndürüblər. Yanğından sonra lüks avtomobil yararsız hala düşüb. Avtomobilin yanması anı vətəndaş tərəfindən mobil telefonla lentə alınıb. Sürücü Adalının "Beşiktaş" klubunun prezidenti Serdal Adalının oğlu olduğu öyrənilib.

author picture
Ajans_az Muxbir
Mövzular:
TÜRKİYƏ BEŞİKTAŞ AVTOMOBİL

Digər Xəbərlər