Reklam resmi
Reklam resmi

Türkiyə-ABŞ arasında keçiriləcək kritik görüşün TARİXİ AÇIQLANDI

Türkiyə-ABŞ arasında keçiriləcək kritik görüşün TARİXİ AÇIQLANDI
Dünya

Türkiyə-ABŞ Suriya İşçi Qrupunun toplantısı sabah Vaşinqtonda keçiriləcək. Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, Türkiyə-ABŞ Suriya İşçi Qrupu toplantısının 20 may 2025-ci il tarixində Vaşinqtonda keçirilməsi planlaşdırılır.

"Ajans.az" "A Haber"ə istinadən xəbər verir ki, görüşə Xarici İşlər Naziri köməkçisi Nuh Yılmaz ilə Amerikalı həmkarı Kristofer Landau rəhbərlik edəcək. Görüşdə iki ölkənin Suriya siyasətlərindəki prioritetləri ələ alınacaq. İclasın gündəmində İŞİD və digər terror təşkilatlarına qarşı mübarizə mövzuları müzakirə olunacaq. 

Türkiyə və ABŞ-nin Suriya siyasətlərindəki prioritetlərinin müzakirə ediləcəyi, Suriyada təhlükəsizlik və sabitliyin bərqərar edilməsinə yönəlmiş əməkdaşlıq imkanlarının müzakirə ediləcəyi gözlənilir. İclasda həm də İŞİD və digər terror təşkilatlarına qarşı mübarizə mövzuları müzakirə olunacaq.

Bu çərçivədə Suriya rəhbərliyinə verilən dəstəyin və İŞİD-lə mübarizədə Türkiyənin öncülük etdiyi regional səylərin müzakirə edilməsi planlaşdırılır. Görüşdə Suriyanın şimal-şərqindəki düşərgələr çərçivəsində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi gözlənilir.

Mövzular:
TÜRKİYƏ ABŞ GÖRÜŞ

Digər Xəbərlər