Reklam resmi
Reklam resmi

Suriyanın borcu  ÖDƏNDİ

Suriyanın borcu  ÖDƏNDİ
İqtisadiyyat

Suriyanın Dünya Bankına olan borcu ödənib.

Dünya Bankı, Suriyanın quruma olan 15,5 milyon ABŞ dolları məbləğindəki borcunun Səudiyyə Ərəbistanı və Qətər tərəfindən ödəndiyini açıqlayıb.

Ajans.az Redaktor.az-a istinadən xəbər verir ki, Bank tərəfindən yayılan bəyanatda, Suriyanın Dünya Bankı Qrupuna olan borc öhdəliklərinin artıq bağlandığı bildirilib.

Qeyd olunub ki, 12 may tarixinə olan məlumata əsasən, Suriyanın Beynəlxalq İnkişaf Assosiasiyasına (IDA) olan təxminən 15,5 milyon dollarlıq borcu tam şəkildə ödənilib.

Mövzular:
Suriya Dünya Bank borc

Digər Xəbərlər