Ajans.az xəbər verir ki, bu barədə Ukrayna lideri Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

"Biz ərazi məsələlərini müzakirə edə bilmərik. Bu, konstitusiyamızın pozulmasıdır... Biz ərazi bütövlüyümüzü necə bərpa edə bilərik? Bu məsələ danışıqlar zamanı müzakirə olunacaq. Ukrayna buna hazırdır, lakin rəsmi Kiyev “müvəqqəti olaraq işğal olunmuş əraziləri Rusiyanınkı kimi tanımır”, - deyə Zelenski bildirib.