Reklam resmi
Reklam resmi

Putinin beynəlxalq səfər planları AÇIQLANDI

Putinin beynəlxalq səfər planları AÇIQLANDI
Dünya

Tehran və Moskva Rusiya prezidenti Vladimir Putinin İslam Respublikasına səfərinə birgə hazırlaşır.

Ajans.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.

“Rusiya prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin uzunmüddətli inkişaf planının bir hissəsidir. Biz müvafiq vaxtda baş tutacaq səfərin təşkili ilə bağlı Rusiya tərəfi ilə hazırlıq işləri görür və məsləhətləşmələr aparırıq”, - deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Bundan əvvəl İran hökumətinin sözçüsü Fatemeh Mohacerani İranın Putinin rəsmi səfəri üçün hazırlıqlara başladığını bildirmişdi. O, Rusiya liderinin Tehranda gözlənildiyini vurğulayıb. Dövlət başçısı aprelin 18-də İran Prezidenti Məsud Pezeşkian tərəfindən İslam Respublikasına dəvət olunub. Öz növbəsində Əraqçı bu səfərin 2025-ci ildə baş tutacağına ümid etdiyini bildirib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Putin Tehran Moskva Görüş

Digər Xəbərlər