Sevgilisinə böyrəyini verdi, xəyanətə MƏRUZ QALDI
@colleeeniie ləqəbi ilə tanınan ispaniyalı bloqqer ağır xəstəliyə yoluxmuş sevgilisinə böyrəyini bağışladığını və daha sonra həmin kişinin xəyanəti ilə üzləşdiyini bildirib.
Ajans.az xəbər verir ki, bu barədə “Pulzo” nəşri “TikTok” sosial şəbəkəsində qadının videosuna istinadən məlumat yayıb.
Videonun müəllifinin qeyd etdiyi kimi, çətin əməliyyata qərar vermək onun üçün çətin olub. Lakin o, sevgilisini çox sevdiyi və həyatını xilas etmək istədiyi üçün yenə də bu addımı atıb. Bloqqer ümid edib ki, kişi bu hərəkəti yüksək qiymətləndirəcək, bundan sonra münasibətləri möhkəmlənəcək.
Əməliyyat uğurlu keçib və kişi tezliklə tam sağalıb. Amma əməliyyatdan bir neçə ay sonra isə sevgilisinə xəyanət edib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: