Reklam resmi
Reklam resmi

Suriyadan "Trump Towers" təklifi - DETALLAR

Suriyadan \"Trump Towers\" təklifi - DETALLAR
Dünya

Suriyadakı müvəqqəti administrasiyanın rəhbəri Əhməd Şara, ABŞ prezidenti Donald Trampla görüşmək istəyir. Şəra bunun üçün Dəməşqdə "Trump Towers" tikmək də daxil olmaqla bir sıra təkliflər irəli sürüb.

"Ajans.az" "Reuters"ə istinadən xəbər verir ki, Suriya prezidenti Əhməd Şəra Trampla görüşmək üçün Dəməşqdə "Tramp Towers" tikmək, İsraillə münasibətləri yumşaltmaq və ABŞ şirkətlərinə Suriyada neft və təbii qaza çıxış imkanı vermək kimi bəzi təkliflər vermək istəyir.

Tramp jurnalistlərin sanksiyalar haqqında verdiyi sualları da cavablandırıb. O bildirib ki, sanksiyalar mövzusunda bir  qərar verməliyik. Tramp əlavə edib ki, sanksiyaları yumşalda bilər. 

“Reuters”in xəbərindən sonra Şəra verdiyi açıqlamada gərginliyi sakitləşdirmək üçün Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İsraillə danışıqlar apardıqlarını təsdiqləyib. Lakin danışıqlardan sonra İsrail Suriyaya hava hücumlarını davam etdirib. Həmçinin, Suriya Prezident Sarayı yaxınlığındakı ərazini bombalayıb.

"(Şara) mənə dedi ki, Dəməşqdə Trump Tower istəyir. O, qonşuları ilə sülh istəyir. Onun mənə dedikləri region, İsrail üçün müsbətdir" - deyə Tramp dəstəkçisi Jonathan Bass bildirib. Bass həmçinin Tramp kimi sui-qəsd cəhdinin qurbanı olan və çətinliklə sağ qalan Şaraanın Trampla şəxsi əlaqəsi olduğuna inandığını bildirib.

Suriya rəsmiləri və Suriya prezidentinin media nümayəndələri sualları cavablandırmayıb. Şəraya yaxın olan mənbə Tramp və Şəranın Səudiyyə Ərəbistanında görüşməsinin hələ də mümkün olduğunu, lakin bunun son ana qədər dəqiq bilinməyəcəyini bildirib. Mənbə Şəranın dəvət alıb-almaması ilə bağlı açıqlama verməyib.

Mövzular:
ABŞ SURİYA DONALD TRAMP ƏHMƏD ŞARA

Digər Xəbərlər