Ən bəxtsiz ÖLÜM: Telefonla danışırdı, ildırım VURDU
Türkiyədə 34 yaşlı Gönül Konakçı telefonla danışarkən ildırımın vurması nəticəsində həyatını itirib.
Ajans.az xəbər verir ki, Biləcikin Söğüt rayonunun Oluklu məhəlləsində mama-ginekoloq işləyən Gönül Konakçı yaxınları ilə piknik etmək üçün bölgədəki istirahət zonasına gedib.
Burada telefonla danışan Konakçını ildırım vurub. Xəbərdarlığın ardından bölgəyə tibb qrupları sövq edilib. Hadisə yerində ilkin tibbi yardım alan Gönül Konakçı əvvəlcə Söğüt Rayon Dövlət Xəstəxanasına, daha sonra Biləcik Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Konakçı həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: