Zelenski İstanbul görüşü üçün yeni şərt İRƏLİ SÜRDÜ
Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda prezident Vladimir Putindən başqa heç bir Rusiya nümayəndəsi ilə görüşməyə hazır deyil.
Ajans.az xəbər verir ki, bu barədə “The Breakfast Show” YouTube kanalında Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
“İstanbulda danışıqlar prosesinin fundamental strukturu göz qabağındadır. Ukrayna tərəfdən qərarlar qəbul edən şəxs var. Və buna uyğun olaraq Rusiyada da qərarlar verən şəxs var. Qalan hər şey formal iştirakdır”, - Podolyak danışıqlar üçün yeni şərtlə bağlı deyib.
Onun fikrincə, daha aşağı səviyyədə görüşlər daha az məhsuldar və mənasızdır. Ukrayna münaqişəsini həll etmək üçün yalnız xarici siyasət qərarlarını vermək səlahiyyətinə malik olanlar, yəni dövlət başçıları görüşməlidir.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlar üçün İstanbula gəlməyə hazır olduğunu bildirib, bir şərtlə ki, Moskva mayın 12-dən başlayaraq tam və uzunmüddətli atəşkəsə razı olsun.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.