Reklam resmi
Reklam resmi

Vitkoff Ukrayna atəşkəsi üçün əsas şərti AÇIQLADI

Vitkoff Ukrayna atəşkəsi üçün əsas şərti AÇIQLADI
Dünya

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff Ukrayna üzrə sülh sazişinin bağlanması üçün əsas şərti açıqlayıb. Amerikalı siyasətçi vurğulayıb ki, Rusiya lideri Vladimir Putinin razılığı olmadan atəşkəsə nail olmaq mümkün olmayacaq.

Ajans.az xəbər verir ki, Vitkoff bunu jurnalistlərə açıqlamasında deyib.

Siyasətçi Breitbarta müsahibəsində “Prezident Putinin razılığı olmadan heç bir sövdələşmə olmayacaq”, - deyə, bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Ukrayna tərəfi ilə birbaşa danışıqlara keçməyi təklif etmişdi. Görüşün mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılır. Putin qeyd edib ki, münaqişənin ilkin şərt olmadan həlli üçün danışıqlara keçmək lazımdır. Bununla belə, Ukrayna tərəfi 30 günlük atəşkəsdə israr etməkdə davam edir. İddialara görə, bu addım olmadan münaqişənin həlli üçün birbaşa danışıqlara keçmək mümkün deyil.

Bundan əvvəl rus mətbuatı xəbər vermişdi ki, Moskva heç vaxt danışıqlardan imtina etməyib. Putin çoxdan Ukraynadakı münaqişəyə son qoymağın şərtlərini açıqlayıb. Rusiya prezidenti qeyd edib ki, münaqişənin əsas səbəblərini aradan qaldırmaq vacibdir; onun mövqeyi dəyişməyib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Tramp Vitkoff Putin Atəşkəs

Digər Xəbərlər