Tanınmış reperə iş açıldı
Sankt-Peterburq üzrə Federal Antiinhisar Xidməti (FAS) rusiyalı müğənni Yeqor Krid (əsl adı Bulatkin) və reper Toksisə (əsl adı Andrey Smelyanski) klipdə gizli viski reklamına görə iş açıb.
Ajans.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Anonim istifadəçinin şikayətindən sonra iki sənətçinin birgə videoklipi FAS-ın diqqətini çəkib. Bildirilir ki, videoda viski göstərilib, lakin orada tələb olunan reklam etiketi və ya həddindən artıq spirt istehlakının təhlükələri barədə xəbərdarlıq yoxdur. Bundan əlavə, videoda kobud ifadələr var.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: