Reklam resmi
Reklam resmi

Bu ərazilərə yağış yağıb - Faktiki hava

Bu ərazilərə yağış yağıb - Faktiki hava
Cəmiyyət

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ajans.az-a verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.

Bəzi yerlərdə leysan xarakterli yağıntı intensiv olub.

Belə ki, düşən yağıntının miqdarı Qaxda 36, Şəkidə 19, Göygöl və Şahdağda 8, Qubada 6, Daşkəsən, Füzuli, Tovuz, Tərtər, Ordubad, Bərdə, Beyləqan, İsmayıllı, İmişli, Şamaxı, Qəbələ, Oğuz, Sədərək, Naxçıvan, Şahbuz, Şirvan, Sabirabad, Zərdab, Yevlax, Şəmkir, Ceyrançöl, Balakən, Gədəbəy, Zaqatala, Xaltan, Şabran, Gəncə, Biləsuvar, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Astara, Xocalı, Bakıda və Abşeron yarımadasında 1-5 mm-dək təşkil edir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.

Mövzular:
yağış Bakı qar rayon hava

Digər Xəbərlər