Zaxarova Zelenskini terrorçu canavar ADLANDIRDI
Moskvaya Qələbə Paradına gələn xarici liderlər Ukrayna prezidenti Vladimir Zelenskinin terror xarakterinə şübhə etmirlər.
Ajans.az xəbər verir ki , bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib .
“Kiyev rejiminin parada, paradlara, veteranlara, qonaqlara, fəxri qonaqlara, bu tədbirlərin bütün qonaqlarına təhdid kimi dediyi hər şeyin yalnız bir xüsusiyyəti var, o da terrorizm və terror təhdididir. Düşünürəm ki, buna artıq heç kimin şübhəsi yoxdur”, - diplomat vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ukraynalı siyasətçini Qərbin pulu ilə yetişdirilmiş əsl terrorçu canavar adlandırıb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: