Reklam resmi
Reklam resmi

Özbəkistan prezidenti Moskvaya gedəcəyini TƏSDİQLƏDİ

Özbəkistan prezidenti Moskvaya gedəcəyini TƏSDİQLƏDİ
Dünya

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün mayın 9-da Moskvaya səfər etməyi planlaşdırdığını təsdiqləyib.

Ajans.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

“Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bu il mayın 8-9-da işgüzar səfərlə Moskvaya səfər edəcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, Mirziyoyev səfəri zamanı Moskvada Böyük Qələbə bayramı münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək, həmçinin Rusiya Federasiyasının nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Özbəkistan Prezident Moskva Səfər

Digər Xəbərlər