Həbsxanaya göndərildiyi deyilən Ümit Karandan VİDEOMÜRACİƏT
Keçmiş futbolçu Ümit Karan 2015-ci ildə qapıçıya "cinsi təcavüz" etməsi ittihamı ilə 1 il 8 ay həbs cəzasına məhkum edilib.
Ajans.az xəbər verir ki, sosial mediada həbs olunduğuna dair iddiaları təkzib edən Karan, 2015-ci ildən bəri davam edən bir faylı olduğunu və məhkəmə binasındakı prosedurları tamamladığını bildirib.
Həbsdə olmadığını vurğulayan Karan, bütün iddiaların həqiqətə uyğun olmadığını bildirib.
" Salam dostlar, mənim 2015-ci ildən bir faylım var idi. Həbsdə deyiləm. Xahiş edirəm, gülməli xəbərlər hazırlamayın. Təşəkkür edirəm. Həyatımda heç kimə pislik etməmişəm. İttihamlar doğru deyil”, - deyə, Karan qeyd edib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: