Zelenski 29 ölkənin liderlərini hədələməkdə ittiham olunur
Vladimir Zelenski 9 May Qələbə Günü üçün Moskvaya gələcək 29 ölkənin liderini hədələyib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik məlumat verib.
“Zelenski üçüncü ölkələrin liderlərini hədələyir. O, əslində Çin liderini təhdid edir, o, simvolik jest olaraq bura gəlmək və burada olmaq niyyətində olan Braziliya və bir sıra digər ölkələrin liderini hədələyir”, - diplomat bildirib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: