Reklam resmi
Reklam resmi

Pakistanın baş naziri xalqa müraciət EDƏCƏK - SƏBƏB

Pakistanın baş naziri xalqa müraciət EDƏCƏK - SƏBƏB
Dünya

Pakistanda baş nazir Şehbaz Şərif yüksək səviyyəli mülki və hərbi liderlərin görüşündən sonra xalqa müraciət etməyə hazırlaşır.

Ajans.az xəbər verir ki, iclas milli təhlükəsizlik məsələlərinə həsr olunub.

Pakistan Xarici İşlər Nazirliyi Hindistanın müvəqqəti işlər vəkilini son hərbi əməliyyata etiraz etmək üçün çağırıb. Departament bəyan edib ki, Hindistanın hərəkətləri Pakistanın suverenliyini pozur və təcavüz aktıdır.

Səlahiyyətlilər bildiriblər ki, hazırda ölkədə milli təhlükəsizlik qrupunun iclası keçirilir. Yerli Samaa telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, bundan əvvəl Pakistan Hindistan silahlı qüvvələrinin hücumlarından sonra cavab tədbirləri görməyə başlayıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Pakistan Baş nazir Xalq Müraciət

Digər Xəbərlər