Hindistan Pakistanda hava hücumlarının hədəflərini AÇIQLADI
Hindistan hakimiyyəti Pakistanda zərbələrin hədəfi olan doqquz terror düşərgəsini üzə çıxarıb.
Ajans.az xəbər verir ki, bu barədə Hindistanın “The Economic Times” nəşri məlumat yayıb.
“Doqquz düşərgə hədəfə alınıb və tamamilə məhv edilib”, - deyə, nəşr bildirib.
Xüsusilə Pakistanda və Kəşmirin Pakistanın nəzarətində olan hissəsində terrorçuların düşərgələri vurulub. Bu obyektlər Müzəffərabad, Bahavalpur, Kotli, Sialkot və digər əhalinin məskunlaşdığı ərazilərdə yerləşir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: