Reklam resmi
Reklam resmi

Moskvadakı yanğında ölənlərin sayı ARTDI

Moskvadakı yanğında ölənlərin sayı ARTDI
Dünya

Moskvanın cənub-qərbində doqquzmərtəbəli binada baş verən yanğın nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən xəbər verir.

Yanğın tam söndürüldükdən sonra ölənlərin cəsədlərinin aşkar edildiyi bildirilir. Xilasedicilər və əməliyyat-axtarış xidmətləri faciənin dəqiq səbəblərini və şəraitini müəyyənləşdirərək hadisə yerində işlərini davam etdirir.

"Yanğın söndürüldükdən sonra 3 nəfərin meyiti tapılıb", - məlumatda deyilir.

Xatırladaq ki, Moskvanın General Tyulenev küçəsindəki doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğın 39 saylı binanın 9-cu mərtəbəsində başlayıb, orada iki mənzil yanıb. Yanğın nəticəsində səkkizinci və doqquzuncu mərtəbələr arasındakı mənzillər uçub.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Moskva Yanğın Ölənlər Var

Digər Xəbərlər