Reklam resmi
Reklam resmi

Müharibə olsa, silahlarımız Pakistanın əmrindədir - TÜRKİYƏLİ GENERAL

Müharibə olsa, silahlarımız Pakistanın əmrindədir - TÜRKİYƏLİ GENERAL
Dünya

“Müharibə olacağı halda, Türkiyənin silahları Pakistanın əmrində olacaq”.

Bunu Ajans.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib. 

Onun sözlərinə görə, Pakistan və Hindistan arasında gərginlik heç vaxt bitmir, daimidir, lakin bu gərginlik heç vaxt böyük bir müharibəyə çevrilməz: 

“Bu ölkələrin ənənəvi silahlardan başqa nüvə silahlarına da sahibdilər. Pakistan Hindistanla arasındakı güc fərqini aradan qaldırmağa görə nüvə silahına əl ata bilər. Buna görə də böyük bir müharibəni olmayacağını düşünürəm. Dünyanın hal-hazırki vəziyyəti də bu müharibənin baş verməsinə uyğun deyil. ABŞ dünyanın heç bir yerində problem olmasını istəmir. Gələcəyin müharibəsi olan, hazırda iqtisadi müharibə kimi davam edən ABŞ-Çin mharibəsinə qədər heç bir müharibənin olmamasını istəyirlər - bura Ukrayna-Rusiya, Fələstin-İsrail çatışması da daxildir”. 

Yücel Karauz həmçinin qeyd edib ki, potensial bir müharibə halında Türkiyə Pakistanı dəstəkləcəyək:

“Türkiyə Pakistan ilə dostluq və strateji tərəfdaşlıq münasibətləri qurub. Pakistanın inkişaf etmiş Türkiyə müdafiə sənayesinə ehtiyacı olacağı təqdirdə, bu silahlar Pakistanın əmrində olacaq. Çünki Pakistan istər Türkiyə, istər Azərbaycan və Şimali Kiprin hər çətin vəziyyətində yanında olub. Türkiyəyə də yaraşan müharibə olacağı təqdirdə Pakistanı dəstəkləməkdir. Amma yaxın gələcəkdə belə bir müharibənin olma ehtimalı azdır”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Cavidan Mirzəzadə
Mövzular:
türkiyə pakistan hindistan müharibə savaş silah

Digər Xəbərlər