Reklam resmi
Reklam resmi

Bu tarixdə qardaş ölkəyə qarşı savaş başlayır - KƏŞFİYYAT

Bu tarixdə qardaş ölkəyə qarşı savaş başlayır - KƏŞFİYYAT
Dünya
1039

Pakistanın informasiya naziri Attaullah Tarar Hindistanın 24-36 saat ərzində Pakistana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində olduğuna dair etibarlı kəşfiyyat məlumatı aldıqlarını bildirib.

Ajans.az dünya mediasına istinadən xəbər verir ki, Tarar sosial media hesabından etdiyi paylaşımda qeyd edib:

"Pakistan Hindistanın yaxın 24-36 saat ərzində hərbi əməliyyat başlatmağı planlaşdırdığına dair etibarlı kəşfiyyat məlumatlarına malikdir. İstənilən təcavüz qətiyyətlə qarşılanacaq. Bölgədə baş verə biləcək hər hansı fəlakət üçün Hindistanın tam məsuliyyət daşıyacağını bildiririk".

Hindistanın Pakistanın hücumun müstəqil bir komissiya tərəfindən araşdırılması təklifini rədd etdiyini bildirən Tarar bildirib ki, Hindistan ağıl yolu ilə getmək əvəzinə, bütün bölgə üçün fəlakətli nəticələrə səbəb olacaq təhlükəli münaqişə yoluna girməyə qərar vermiş kimi görünür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Cavidan Mirzəzadə
Mövzular:
pakistan hindistan müharibə savaş atışma

Digər Xəbərlər