Reklam resmi
Reklam resmi

Bu Avropa ölkəsində elektrik enerjisi BƏRPA EDİLDİ

Bu Avropa ölkəsində elektrik enerjisi BƏRPA EDİLDİ
Dünya

Bir gün əvvəl bir sıra Avropa ölkələrinin elektriksiz qaldığı böyük bir elektrik kəsilməsindən sonra İspaniya elektrik təchizatını demək olar ki, tamamilə bərpa edib.

Ajans.az xəbər verir ki, bu barədə milli elektrik şəbəkəsini idarə edən Red Electrica şirkəti X sosial şəbəkə hesabında məlumat verib.

“Yarımadada tələbatın 99,16 faizi bərpa olunub, hasilat 21,26 min meqavat təşkil edib.Elektrik ötürücü şəbəkə yarımstansiyalarının 100 faizi işləyir”, - şirkət bildirib.

Bazar ertəsi, aprelin 28-də İspaniyanın demək olar ki, bütün ərazisində və Portuqaliya, Fransa və Andorrada böyük elektrik kəsilməsi baş verib.

Avropada irimiqyaslı elektrik enerjisinin kəsilməsi nəticəsində dəyən ziyan 1,2 milyard avroya çata bilər. Nəticələri dərhal aradan qaldırmaq mümkün olmadıqda, məbləğ dəfələrlə artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
İspaniya Avropa Elektrik enerjisi

Digər Xəbərlər