ABŞ oranı da VURDU! - 30 ÖLÜ, 50 YARALI
ABŞ hərbçilərinin Yəmənin Səada şəhərində afrikalı miqrantların saxlandığı mərkəzə hücumu nəticəsində azı 30 nəfər ölüb, 50 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, ABŞ Yəmənə qarşı hücumlarına yenisini əlavə edib. Yəməndə İranın dəstəklədiyi husilərə aid media orqanlarında yer alan xəbərlərə görə, ölkənin Səada şəhərində afrikalı miqrantların saxlandığı təcridxana ABŞ-nin bombardmanının hədəfi olub.
Hücum nəticəsində ən azı 30 nəfərin həyatını itirdiyi, ən azı 50 nəfərin yaralandığı bildirilib. Axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən səhər saatlarında Yəmənə qarşı hücumları ilə bağlı yazılı açıqlama verib. Açıqlamada martın 15-dən bəri Yəmənə edilən hücumlarda 800-dən çox husi hədəfinin vurulduğu qeyd edilib və əlavə edilib:
“Bu hücumlarda Husilərin raket və pilotsuz uçuş aparatlarının (PUA) yüksək səviyyəli rəsmiləri də daxil olmaqla yüzlərlə husi döyüşçüsü və çoxlu Husi lideri öldürülüb. Onlar naviqasiya azadlığına mane olmağa davam etdikcə, biz təzyiqi artırmağa və Husilərin imkanlarını zəiflətməyə davam edəcəyik”, - bəyanatda deyilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.