Reklam resmi
Reklam resmi

Rusiyada dəhşətli QƏZA: Ölən və YARALILAR VAR

Rusiyada dəhşətli QƏZA: Ölən və YARALILAR VAR
Dünya

Ötən gecə Moskva vaxtı ilə saat 02:10 radələrində Rusiyanın Kaluqa vilayətində “MAN” markalı yük maşını və “Fiat Ducato” mikroavtobusunun iştirakı ilə dəhşətli qəza baş verib.

Ajans.az xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

A-130 avtomobil yolunun 165-ci km-də (Medinski rayonu) ölümlə nəticələnən qəza baş verib. Regional Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.

Hazırda məlum olub ki, yük maşını sürücüsü əsas yol ilə və Moskva istiqamətində hərəkət edən mikroavtobusa yol verməyib.

"Sürücü avtomobili idarə edərkən ikinci dərəcəli yoldan çıxarkən əsas yol ilə hərəkət edən sərnişinlərin (10 sərnişin) olduğu avtobusa yol verməyib. Toqquşma nəticəsində bir nəfər ölüb (Fiat Ducato-da olan sərnişin), 11 nəfər yaralanıb", - deyə Daxili İşlər Nazirliyinin Kaluqa vilayəti üzrə mətbuat xidməti məlumat yayıb.

Müvafiq şöbədən aydınlıq gətirilib ki, xəsarət alanlar, o cümlədən nəqliyyat vasitələrinin sürücüləri və mikroavtobusun 9 sərnişini xəstəxanaya yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Rusiya Dəhşətli Qəza Ölü Yaralı

Digər Xəbərlər