İsrailin cənubundakı hərbi bazaya raket hücumu olub
Yəməndəki husilər İsrailin cənubundakı Nevatim hava bazasını ballistik raketlə vurduqlarını açıqlayıblar.
Ajans.az bildirir ki, husilərin hərbi sözçüsü Yəhya Seri Əl-Məsirə televiziyasında yayımlanan çıxışında məsələ ilə bağlı açıqlama verib.
İsrailin Negev bölgəsindəki Nevatim Hava Bazasının "Fələstin 2" adlı hipersonik ballistik raketlə vurulduğunu bildirən Seri, Qəzzaya hücumlar bitənə və blokada qaldırılana qədər sözügedən hərbi əməliyyatların dayanmayacağını vurğulayıb.