Hindistan Pakistan sərhədində yenidən ATIŞMA OLDU
Hindistan və Pakistan hərbçiləri Cammu və Kaşmir bölgəsindəki sərhəddə növbəti dəfə atəş açıblar.
Ajans.az xəbər verir ki, bu barədə ordudakı mənbəyə istinadən “PTI” məlumat yayıb.
“Aprelin 25-dən 26-na keçən gecə Pakistan hərbçiləri heç bir təxribat törətmədən Kəşmirdə Nəzarət Xətti boyunca müxtəlif postlara atıcı silahlardan atəş açıblar”, - mənbə bildirib. O əlavə edib ki, cavab olaraq Hindistan əsgərləri də atıcı silahlardan atəş açıb.
Agentliyin məlumatına görə, Hindistan hakimiyyəti Pahalqam atışmasına cavabdeh olan terrorçuları təqib etmək niyyətini elan etdikdən sonra Pakistan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Ölənlər barədə məlumat yoxdur.
Yada salaq ki, Kəşmirin Hindistan hissəsində Müqavimət Cəbhəsi təşkilatının pakistanlı yaraqlılarının 28 turisti güllələdiyi qanlı terror aktı Yeni Dehli ilə İslamabad arasında gərginliyin növbəti dəfə artmasına səbəb olub.