Bu, ABŞ-nin hava hücumundan müdafiəsi üçün KABUSDUR - KİV
Çinin MD-19 hipersonik pilotsuz uçan aparatı Vaşinqton və Pekin arasında münaqişə baş verərsə, ABŞ hava hücumundan müdafiə sistemləri üçün kabusa çevrilə bilər.
Ajans.az xəbər verir ki, pilotsuz təyyarənin imkanları “The National Interest (TNI)” nəşrində təsvir edilib.
Nəşrin məlumatına görə, yeni dron saatda 6,1 min kilometrdən çox sürət yığa bilir. Eyni zamanda, təyyarə subsonik sürətlərə çata və adi uçuş-enmə zolaqlarında üfüqi enişlər edə bilir.
Qeyd edilir ki, MD-19-un əsas xüsusiyyəti pilotsuz təyyarəyə mürəkkəb uçuş trayektoriyalarını formalaşdırmağa kömək edəcək süni intellektin istifadəsi olacaq. Müəllif etiraf edib ki, yeni qurğu nüvə silahı daşıya bilər.
Məqalədə deyilir:
“Onun Mach 7-də uzun məsafələri qət etmək qabiliyyəti və təkmil süni intellekt sistemi tərəfindən idarə olunduğu iddiaları ilə gücləndirilmiş dinamik manevr ABŞ-nin mövcud hava hücumundan müdafiə sistemləri üçün ciddi problem yaradacaq".
Aprelin əvvəlində ABŞ Ordusunun sözçüsü Qara Qartal kimi tanınan Uzaqmənzilli Hipersonik Silahın (LRHW) sınaqlarının dekabrda keçiriləcəyini bildirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.