Reklam resmi
Reklam resmi

Pakistandan XƏBƏRDARLIQ: "Bu, savaş səbəbi sayılacaq"

Pakistandan XƏBƏRDARLIQ: \"Bu, savaş səbəbi sayılacaq\"
Dünya

Hindistanın İnd çayı hövzəsində suyun axınını dayandırmaq və ya yönünü dəyişdirmək cəhdləri müharibə səbəbi sayılacaq.

Ajans.az xəbər verir ki, Pakistan Baş Nazirliyindən verilən açıqlamaya görə, Cammu və Kəşmirdə baş verən terror hücumundan sonra Baş nazir Şahbaz Şərifin rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (NSC) iclasında mühüm qərarlar qəbul edilib.

Açıqlamada Hindistanın İnd çayı Suları Razılaşmasını birtərəfli qaydada dayandırmaq niyyəti rədd edilib və bu razılaşmanın regional sabitlik üçün əhəmiyyəti vurğulanıb. Pakistanın su hüquqlarını qorumaqda qətiyyətli olduğu xüsusi qeyd olunub.

İnd çayı Suları Razılaşmasına əsasən, hüquqi baxımdan Pakistana məxsus sayılan çayların suyunun axınına müdaxilə və ya istiqamətinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğu bildirilib:

"Pakistana məxsus suyun axınının qarşısının alınması və ya yönünün dəyişdirilməsi müharibə elan olunması kimi qəbul ediləcək".

Eyni zamanda Hindistanın İslamabaddakı diplomatik heyətinə 30 Aprel tarixindən etibarən maksimum 30 nəfərlik kontingent məhdudiyyəti tətbiq olunacaq. Pakistan hava məkanının Hindistana məxsus və ya Hindistan tərəfindən idarə olunan bütün uçuşlara bağlandığı da qeyd edilib. 

author picture
Cavidan Mirzəzadə
Mövzular:
pakistan hindistan müharibə

Digər Xəbərlər