Reklam resmi
Reklam resmi

Məşhur alimdən XƏBƏRDARLIQ - İstanbul üçün 2 ssenari var

Məşhur alimdən XƏBƏRDARLIQ - İstanbul üçün 2 ssenari var
Dünya

Dünən saat 12:49-da İstanbulun Silivri bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ meqapolisdə böyük çaxnaşmaya səbəb olub və ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

Ajans.az bildirir ki, hadisə ilə bağlı mütəxəssislər arasında müxtəlif ehtimallar müzakirə olunur. Almaniyanın aparıcı seysmoloqlarından biri olan professor Marko Bohnhoff türk jurnalist Sinem Özdemirə açıqlamasında iki mümkün ssenarini diqqətə çatdırıb.

Birinci ssenariyə görə, baş verən 6,2 bal gücündəki zəlzələ "əsas təkan" ola bilər və bundan sonra müşahidə olunan təkanların zamanla zəifləyəcəyi gözlənilir.

İkinci ssenaridə isə ehtimal olunur ki, bu zəlzələ hələ baş verməmiş böyük İstanbul zəlzələsinin xəbərçisidir. Professor bu ssenaridə mümkün böyük zəlzələnin maqnitudasının 7,4-ə çata biləcəyini bildirib:

"Bu, Mərmərə bölgəsində uzun zamandır gözlənilən böyük zəlzələnin reallaşması anlamına gələ bilər. Ancaq bu gün hansı ssenarinin gerçəyə çevriləcəyini söyləmək mümkün deyil".

Alim əlavə edib ki, baş verən zəlzələ Mərmərə qırılma xəttindəki gərginliyi İstanbula doğru sürüşdürüb və bu da şəhərə daha yaxın bölgədə yeni bir zəlzələ ehtimalını artırır.

author picture
Cavidan Mirzəzadə
Mövzular:
İstanbul zelzele tekanlar Türkiyə

Digər Xəbərlər