Rusiyadan bu ölkəyə uçuşlar DAYANDIRILDI - SƏBƏB
Rusiyadan Myanmaya (Yanqon - Mandalay - Novosibirsk) yeganə reys az yüklənmə və ölkədə baş verən zəlzələ səbəbindən dayandırılıb.
Ajans.az xəbər verir ki, bu barədə TASS Novosibirsk Tolmaçevo hava limanının kommersiya direktoru Stanislav Taravkova istinadən məlumat yayıb:
"Bu gündən etibarən Myanma yaz-yay cədvəlindəki bütün uçuşları ləğv edib".
Onun sözlərinə görə, bundan əvvəl uçuş proqramını yerinə yetirərkən yük çox da yüksək deyildi. O qeyd edib ki, Rusiya tərəfi turizm şirkətləri tərəfindən müxtəlif reklam kampaniyaları ilə daşıyıcıya dəstək olmaq üçün əlindən gələni edib.
Bundan əlavə, Taravkov əlavə edib ki, hava marşrutunun ləğvi də Myanmada baş verən güclü zəlzələ fonunda baş verib. Eyni zamanda, Tolmaçevo hava limanı daşıyıcının payız-qış cədvəlində əməliyyat uçuşlarına qayıdacağını gözləyir.
Qeyd edək ki, Myanmada güclü zəlzələdən sonra qurbanların sayı artır. Çin Mərkəzi Televiziyası Myanmanın baş nazirinə istinadən xəbər verib ki, azı 2700 nəfər ölüb. Dövlət başçısı Min Aunq Hlainq deyib ki, təbii fəlakət çoxlu sayda insanın həyatına son qoyub, daha 4500 sakin xəsarət alıb.
Xatırladaq ki, martın 28-də Myanma və qonşu Taylandı yerli vaxtla saat 13:00 radələrində başlayan iki güclü zəlzələ silkələyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.