Reklam resmi
Reklam resmi

Mourinyo ilə yollar ayrılır? - Fənərbağçada hər şey alt-üst ola bilər!

Mourinyo ilə yollar ayrılır?  - Fənərbağçada hər şey alt-üst ola bilər!
İdman

Trendyol Super Liqasının 32-ci turunda Fənərbağça, İstanbulda qonaq etdiyi Kayserisporla 3:3 hesablı heç-heçə edərək çempionluq yarışında ciddi xal itkisi yaşayıb.

Ajans.az xəbər verir ki, qarşılaşmanın son dəqiqəsində buraxılan qol sarı-lacivərtlilərin yalnız 1 xalla kifayətlənməsinə səbəb olub. Bu nəticə ilə komanda zirvə yarışında əsas rəqibi Qalatasaraydan 5 xal geri düşüb.

Mövsümün əvvəlində böyük ümidlərlə baş məşqçi postuna gətirilən portuqaliyalı Joze Mourinyo son nəticələrdən sonra azarkeşlər və idman ictimaiyyəti tərəfindən tənqid olunmağa başlayıb. Komandanın ardıcıl xallar itirməsi Mourinyonun gələcəyi ilə bağlı suallar doğurur.

Matçdan sonra Avropa mətbuatında yer alan xəbərlərə əsasən, Mourinyo ilə bağlı sürpriz bir iddia irəli sürülüb. Məlumata görə, əgər Fənərbağça rəhbərliyi ona istədiyi transferlər üçün təminat versə, Mourinyo Şotlandiyanın "Reyncers" klubuna keçidə müsbət yanaşa bilər.

Bununla belə, xəbərdə qeyd olunur ki, hələlik Mourinyonun meneceri ilə "Reyncers" klubu arasında birbaşa əlaqə qurulmayıb. Klub hazırda Barry Fergusonun rəhbərliyi altında mövsümü tamamlayır və yeni baş məşqçi axtarışlarını davam etdirir. Namizədlər arasında daha əvvəl “Reyncers”də çalışmış və hazırda işsiz olan Stiven Cerrard da yer alır. Klubun sahibi olan “49ers” rəhbərliyi isə Cerrardı əsas favorit olaraq görür.

Xatırladaq ki, “Reyncers” bu mövsüm UEFA Avropa Liqasının 1/8 final mərhələsində Fənərbağça ilə qarşılaşmış və rəqibini mübarizədən kənarlaşdırmağa nail olmuşdu.

Joze Mourinyo Fənərbağçanın başında indiyə qədər 50 oyunda iştirak edib. Bu matçlarda 31 qələbə, 12 heç-heçə və 7 məğlubiyyət alan Mourinyo, ümumilikdə 105 xal toplayaraq 2.10 xal ortalaması ilə çalışıb.

Təcrübəli mütəxəssisin Fənərbağça ilə mövcud müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Mourinyo Fənərbağça Futbol Karyera Son

Digər Xəbərlər