Reklam resmi
Reklam resmi

“Qarabağ klanı” fəallaşdı - "Bundan 100 milyonlar qazanıblar..."

“Qarabağ klanı” fəallaşdı - \"Bundan 100 milyonlar qazanıblar...\"
Siyasət

"Ermənistanda revanşist qüvvələrin son zamanlar aktivləşməsi dolayısıyla ABŞ-Rusiya münasibətlərinin tənzimlənməsi, Ukrayna-Rusiya müharibəsinin bitirilməsi ilə bağlı baş verən hadisələrlə əlaqəlidir. Çünki müharibə dayandığı təqdirdə, Rusiya enerjisini digər bölgələrə yönəldə biləcək. Bu da rusyönümlü qüvvələr üçün stimuldur". 

Bunu Ajans.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlaması da revanşist qüvvələrin aktivləşməsinin səbəblərindən biridir:

"Digər tərəfdən Nikol Paşinyan son çıxışında Qarabağ məsələsinin bağlandığını və bunun hüquqi olaraq Ermənistan tərəfindən tanındığını qeyd etdi. Əlbəttə bu açıqlama 30 ildir Qarabağın Ermənistana birləşdirilməsi ideologiyasından yararlanan qüvvələri hərəkətə keçirdi. 30 ildir bu yalançı ideologiyadan 100 milyonlarla vəsait qazanılıb. Bu, qazanc yox, oğurluqdur, erməni cəmiyyətinin ictimai rəyini istismar etməkdir. Erməni xalqının ən böyük bəlası da bununla bağlıdır. 

Bir tərəfdə erməni kisləsi, din xadimləri, digər tərəfdə onları dəstəkləyən və uzun müddət "erməni soyqırımı"ndan milyardlar qazanan diaspor, bir tərəfdə də "Daşnaksutyun" partiyası - narahat olanlar məhz bunlardır. Eyni zamanda bu qüvvələri dəstəkləyən rusiyayönümlü "5-ci kolon" - "Qarabağ klanı"dır".

Politoloq eyni zamanda qeyd edib ki, 80 ilə yaxındır kilsə məhz bu ideolagiyalarla xalqın üzərində öz nəzarətini saxlayır:

"Ona görə Nikol Paşinyanın açıqlaması onları narahat edir. 100 milyonlar qazanırlar, bir tərəfdə yağ içində böyrək olan kilsə, digər tərəfdə isə övladları həlak olan kasıb erməni xalqı mənzərəsi ortadadır. Bu şüuru istismar etməyə iddialıdırlar. Bu istismar aləti əllərindən çıxma təhlükəsi ilə üzləşdiyi üçün yenidən aktivləşiblər. 

Əslində bu, revanşist qüvvələrlə Paşinyanın höküməti arasında ictimai rəy uğrunda mübarizədir. Düşünürəm ki, xalqı kim inandıra bilsə, 2026-cı il seçkilərində o qalib gələcək". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Cavidan Mirzəzadə

Digər Xəbərlər