Reklam resmi
Reklam resmi

Roma Papası ölmədən əvvəl onunla GÖRÜŞÜBMÜŞ...

Roma Papası ölmədən əvvəl onunla GÖRÜŞÜBMÜŞ...
Dünya

Roma Papası Fransisk vəfatından əvvəlki ərəfədə ABŞ-nin vitse-prezidenti J.D.Venslə görüşüb.

Ajans.az xəbər verir ki, bu barədə "Vatican News" məlumat yayıb.

“Pasxadan az sonra Papa Fransisk Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D. (James David) Vance ilə qısa şəxsi görüş keçirdi”, – nəşr yazır.

Vatikanın mətbuat xidmətinin məlumatına görə, pontifik və amerikalı vitse-prezident beynəlxalq vəziyyət, o cümlədən hərbi münaqişələrdən əziyyət çəkən ölkələr barədə fikir mübadiləsi aparıblar. Görüş zamanı siyasi gərginlik və humanitar böhranlar da müzakirə olunub.

Aprelin 21-də Papa 89 yaşında vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Roma Papası Fransisk Ölümündən öncə Görüş

Digər Xəbərlər