AYNA partiya sədrinə qanunsuz cərimə yazıb? - FOTO
"REAL" partiyasının sədri Natiq Cəfərli ona AYNA tərəfindən qanunsuz cərimə yazıldığını bildirib.
Ajans.az xəbər verir ki, o bu barədə özünün sosial media hesabında qeyd edib:
“İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istədiyi kimi xərcləyən AYNA, sizdən mesaj aldım, bugünkü tarixdir. Bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında park etmişəm. Ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur, maşın 7 saatdır ofisin qarşısındadır. Çağrı mərkəzinizə zəng etdim, 4 dəqiqə gözlətdiniz, sonra qapatdınız. Sizi məhkəməyə verəcəyəm, yetər artıq, insanları zinhara gətirmisiniz”.
Partiya sədri həmçinin qeyd edib ki, məsələ ilə bağlı qurumdan ona zəng ediliv və məsələ araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Mövzular: