Avtobus TOQQUŞDU: 7 nəfər ÖLDÜ - Bu ölkədə
Tailandda avtobusun toqquşması nəticəsində azı 7 nəfər daha ölüb.
Ajans.az xəbər verir ki, bu barədə Naewna məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, avtobus Tayland körfəzinin şərq sahilindəki Rayonq kurort şəhərindən krallığın şimal-şərqindəki Nonq Xay şəhərinə gedirmiş. Sərnişin avtobusunun yük maşını ilə toqquşması yanğına səbəb olub və avtomobil yanıb.
Qurbanların sayı 53 nəfərə çatıb. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Əvvəlcə avtobusun əyləcinin sıradan çıxdığı güman edilirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: