Ukrayna ordusu bu şəhəri ƏLƏ KEÇİRDİ
Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətində irəlilədiyini açıqlayıb.
Ajans.az bildirir ki, bu barədə dövlət başçısı “Telegram”da bildirib.
“Az öncə baş komandan Oleksandr Sırski məruzə etdi. Qüvvələrimiz Kursk vilayətində fəallığı davam etdirir və mövqeləri qoruyur”, – deyə Prezident vurğulayıb. Eyni zamanda o, ukraynalı hərbçilərin Belqorod istiqamətindəki uğurlarını da qeyd edib. “Vilayət ərazisində hərbçilərimiz irəliləyib və nəzarət zonamızı böyüdüblər”, – ölkə başçısı söyləyib.
Xatırladaq ki, ötən ay Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin kəndini zəbt etmişdi.