Bu ölkədə təyyarə qəzaya düşdü - Ölənlər var
ABŞ-nin İllinoys ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Ajans.az xəbər verir ki, təyyarədə iki qadın və iki kişi olub. İlkin məlumata görə, təyyarə elektrik xəttinə dəydiyi üçün qəza edib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.