Fransada AKSİYA: Polislər arasında ÇAXNAŞMA
Fransa polisinin elit bölməsi, Briqada İstintaq və Müdaxilə (BRI) tətilə çıxıb.
Ajans.az xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.
"Biz hər şeyi qurban veririk: iş vaxtından artıq işləyəndə vaxtımızı, şəxsi həyatımızı. Amma kompensasiyaya gəlincə, biz unuduluruq", - tətilçilərdən biri deyib.
Polis əməkdaşları bu həftə tətilə başlayıb və tələbləri yerinə yetirilənə qədər davam edəcəklərini bildiriblər. Həmkarlar ittifaqı nümayəndələrinin telekanala verdiyi məlumata görə, BRI işçiləri iş vaxtından artıq işə görə mükafatların artırılmasında israr edirlər və həmçinin onların işlərinin mürəkkəbliyi və təhlükəsinin tanınmasını tələb edirlər.
Bundan əvvəl, Finlandiyada təxminən 50 il ərzində ilk polis tətili başlayıb. Buna səbəb kimi maaş artımı ilə bağlı problemlər olduğu bildirilir.
Mövzular: