Reklam resmi
Reklam resmi

Ölü bilinən qadın sağ çıxdı: Ailə yad birini kremasiya edibmiş

Ölü bilinən qadın sağ çıxdı: Ailə yad birini kremasiya edibmiş
Dünya

New Yorkda bir ailə, illərlə ölü bildikləri yaxınlarının sağ olduğunu öyrəndikdən sonra dəhşətə gəlib.

Ajans.az xəbər verir ki, bu barədə “The People” məlumat yayıb. 

Şanita Hopkins 2021-ci ildən bəri itkin olan bacısı Şanis Kruzun 2024-cü ilin fevralında tapıldığını bildirib və narkotikdən öldüyünü düşünərək, onun qalıqlarını kremasiya etdirib və vida mərasimi keçirib. Cəsədin tanınmaz halda olması səbəbilə ailə nəşə baxmayıb. Lakin noyabr ayında tanımadığı bir şəxsin mesajı hər şeyi dəyişib:

“Xanım, bacınız bu gün tədbirimdə könüllü idi. Ölməyib.” – deyə həmin şəxs Kruzun fotosunu da göndərib.

Hopkins polisə müraciət etsə də, ekspertiza idarəsi diş qeydlərinin uyğun olduğunu iddia edib. Ailə bu vəziyyətdən sarsılıb:

“Anamın külünü yad birinin külü ilə qarışdırdıq. Bu hissləri geri qaytarmaq mümkün deyil,” – deyə Hopkins bildirib.

Ekspertiza idarəsi dəfn və kremasiya xərclərini ödəməyi təklif etsə də, ailə hüquqi yolla haqq axtaracağını deyir.

Hopkins bacısına mesaj göndərib:

“Səni sevirəm. Qəzəbliyəm, amma bu önəmli deyil. Sadəcə bunu bil.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
New York Ailə Kremasiya

Digər Xəbərlər