Kreml Putinlə Trampın görüşəcəyini AÇIQLADI
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff bu gün görüşəcək. Qeyd olunur ki, siyasətçilər Putinlə Trampın gələcək görüşünü müzakirə edə bilərlər.
Ajans.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Həmçinin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, siyasətçilər arasında söhbətdən “nəsə sıçrayış” gözləmək lazım deyil; diplomatik səviyyədə söhbət olacaq.
Xatırladaq ki, bir neçə həftə əvvəl Vitkoff və Putin artıq Kremldə qısa görüş keçirmişdilər. Sonra Rusiya lideri amerikalı həmkarına xüsusi hədiyyə edib. Whitkoff Putinlə görüşdən sonra çox sevinib. O, rusiyalı siyasətçini inanılmaz dərəcədə ağıllı və maraqlı insan adlandırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: