İmamoğluna ağır İTTİHAMLAR: Məhkəmə prosesi BAŞLADI
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun "təhqir", "təhdid" və "hədəf göstərmə" ittihamları ilə mühakimə olunduğu cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Ajans.az xəbər verir ki, İmamoğluna qarşı irəli sürülən ittihamlar jurnalist Hande Fırat və türkiyəli hüquqşünas Ertuğrul Akarın şikayəti əsasında formalaşıb. Şikayətçilər bildiriblər ki, İmamoğlu ictimai çıxışlarında onları hədəf göstərərək, təhqiredici və təhlükə doğuran ifadələr işlədib.
Anadolu Əsas Cəza Məhkəməsində keçirilən ilk dinləmədə İmamoğlunun vəkili onun günahsız olduğunu bildirərək, ittihamların əsassız və siyasi motivli olduğunu vurğulayıb. Prosesin ilk iclasında İmamoğlunun özü iştirak etməyib.
Məhkəmə, sübutların toplanması və tərəflərin dinlənməsi üçün prosesi növbəti tarixə təxirə salıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: