Donald Trampdan sürpriz SƏFƏR: İstanbulda vacib görüşlər...
ABŞ-nin dövlət başçısı Donald Trampın yaxın günlərdə Türkiyəyə səfər edəcəyi açıqlanıb.
Ajans.az xəbər verir ki, Tramp bu səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.
Alınan məlumata görə, səfərin əsas məqsədi iş dünyası nümayəndələri ilə bir araya gəlmək, həmçinin Türkiyə-Amerika münasibətləri ilə bağlı müzakirələr aparmaqdır. Trampın, İstanbulda təşkil olunacaq qapalı görüşdə çıxış edəcəyi və bir sıra tanınmış iş adamları ilə danışıqlar aparacağı gözlənilir.
Səfərin tarixi və proqramı barədə rəsmi açıqlama verilməsə də, ABŞ-dəkı mənbələr Trampın yaxın günlərdə Türkiyəyə gələcəyini təsdiqləyiblər.
Donald Tramp prezidentliyi dövründə dəfələrlə Türkiyə ilə əlaqələrin əhəmiyyətinə diqqət çəkmiş, iki ölkə arasındakı strateji əməkdaşlığın vacibliyini vurğulamışdı. Onun bu səfəri də həmin əlaqələrin davamlılığı baxımından önəmli hesab olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.