Reklam resmi
Reklam resmi

Kallas Ukraynaya qoşun yeritmə formatlarından DANIŞDI

Kallas Ukraynaya qoşun yeritmə formatlarından DANIŞDI
Dünya

Avropa İttifaqı (Aİ) və NATO ölkələri atəşkəsdən sonra Ukraynaya qoşun yeritmək üçün müxtəlif formatları araşdırır.

Ajans.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib.

"Müzakirə davam edir. Əsas sual budur ki, sülh olarsa, bizə hansı qüvvələr və imkanlar lazım olacaq. Biz monitorinq missiyası, sülhməramlı missiya, çəkindirmə missiyası, gücləndirmə missiyasını nəzərdən keçiririk", - siyasətçi bildirib.

Kallas onu da qeyd edib ki, Aİ ölkələrinin heç də hamısı öz qoşunlarını Ukraynaya göndərməyə hazır olduqlarını bildirməyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir

Digər Xəbərlər