Reklam resmi
Reklam resmi

Netanyahunun ofisi İlham Əliyevə təşəkkür etdi

Netanyahunun ofisi İlham Əliyevə təşəkkür etdi
Dünya

​Azərbaycanda İsrail və Türkiyə nümayəndələri arasında birbaşa danışıqlar aparılıb.

Ajans.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

"Hər bir tərəf regionda öz maraqlarını təqdim etdi. Yaxın Şərqdə sabitliyin qorunması naminə dialoqun davam etdirilməsi ilə bağlı razılıq əldə olundu", - bəyanatda deyilir.

Danışıqlarda İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzachi Haneqbi və digər yüksək səviyyəli müdafiə və təhlükəsizlik rəsmiləri iştirak ediblər. Qeyd olunur ki, Türkiyə tərəfi də “analoji nümayəndə heyəti” ilə təmsil olunub.

İsrailin Baş nazirinin ofisi də “belə mühüm danışıqların” təşkilinə görə Azərbaycana və şəxsən ölkə prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Digər Xəbərlər