Bekhem, Depp və Şvartsenegger ailəsinin keçmiş mühafizəçisi ÖLÜ TAPILDI
İspaniyada, məşhur Bekhem ailəsinin keçmiş mühafizəçisi Kreyq Eynsvortun ölü tapıldığı bildirilir.
Ajans.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı Metro nəşri yayıb.
Məlumata görə, Eynsvort 40 yaşında olub. O, 2013-cü ildən 2015-ci ilə qədər, Bekhem ailəsi Londondakı Hollan-Parkda yaşadığı dövrdə onların mühafizəçisi kimi çalışıb. Bundan əlavə, Eynsvort, Hollivud ulduzları ilə də əməkdaşlıq edib. Onun işlədiyi məşhurlar arasında Conni Depp, Cennifer Lourens və Arnold Şvarzenegger də yer alıb.
Kreyq Eynsvortun anası, oğlu ilə bağlı faciəli xəbəri sosial şəbəkələrdə paylaşaraq, onun itkin düşdüyünü bildirib. Anasının sözlərinə görə, Eynsvort post-travmatik stress pozuntusundan əziyyət çəkirdi. O, həmçinin Əfqanıstanda xidmət edib.
"İnanılmaz bir kədər içində, dünya Kreyqi itirdi. O, Əfqanıstanda xidmət edib və post-travmatik stress pozuntusundan əziyyət çəkirdi. Huzurla yat, Kreyq," - deyə anası paylaşımında qeyd edib.
Kreyq Eynsvortun ölüm səbəbi ilə bağlı daha ətraflı araşdırma başlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.