Meningit epidemiyası YAYILDI: 156 ÖLÜ VAR - BU ÖLKƏDƏ
Nigeriyada yanvar ayından bəri yayılan meningit epidemiyası səbəbindən 156 nəfər həyatını itirib. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.
Ajans.az xəbər verir ki, bu barədə dünya mediası məlumat yayıb.
NCDC-nin açıqlamasında bildirilib ki, sözügedən epidemiya ölkənin 23 ştatında yayılıb və ümumilikdə 1858 yoluxma halı qeydə alınıb.
Səhiyyə rəsmiləri, meningitin hava-damcı yolu ilə yayıldığını və beyindən başlayaraq bütün orqanizmi təsir altına ala biləcək qədər təhlükəli olduğunu bildirirlər.
Nigeriya hökuməti, 2030-cu ilə qədər meningit xəstəliyinə qarşı mübarizəni gücləndirmək və xəstəliyin kökünü kəsmək məqsədilə yeni tədbirlər planını həyata keçirməyə başladığını açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.