ABŞ-nin Yəmənə hücumları baha BAŞA GƏLDİ
ABŞ Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hərbi əməliyyatların dəyərinin 1 milyard dollara yaxınlaşdığını açıqlayıb.
Ajans.az xəbər verir ki, ABŞ rəsmiləri, yüksək xərclərə baxmayaraq, hücumların təsirinin məhdud olduğunu bildirib.
Bildirilib ki, ABŞ-nin Yəməndə İranın dəstəklədiyi husilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatların dəyəri 1 milyard dollara yaxınlaşsa da, onun təsirləri hələ də aşağı olaraq qalır.
Adı açıqlanmayan üç ABŞ rəsmisi ABŞ ordusunun husilərə qarşı üç həftədən az davam edən əməliyyatlarının ümumi dəyəri ilə bağlı açıqlama verib.
Rəsmilər hücumların dəyərinin 1 milyard dollara yaxınlaşdığını, lakin onların Husilərin potensialını məhv etmək üçün məhdud təsir göstərdiyini söyləyib.
Rəsmilər, ABŞ ordusunun 15 Martda Husilərə qarşı hücumlarında uzun mənzilli qanadlı raketlər (JASSM), idarə olunan bombalar (JSOW) və Tomahawk raketləri də daxil olmaqla, "yüz milyonlarla dollar dəyərində" sursatdan istifadə etdiyini söyləyib.
Mövzu ilə bağlı danışan rəsmilərdən biri ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) husilərə qarşı əməliyyatların davam etdirilməsi üçün ABŞ Konqresindən əlavə maliyyə tələb etməli olacağını, lakin bunun mümkün görünmədiyini bildirib.
“Onlar bəzi əraziləri ələ keçirdilər, lakin bu, husilərin Qırmızı dənizdəki gəmiləri atəşə tutmağa və ya ABŞ pilotsuz təyyarələrini vurmağa davam etmə qabiliyyətinə təsir etmədi” deyən rəsmilərdən biri Pentaqonun ABŞ-nin gündəlik hərbi zərbələrinin əslində Husilərə necə təsir etdiyini açıq şəkildə açıqlamadığını söyləyib.