ABŞ əsgərlərinin sayını AZALTMAQ İSTƏYİR
ABŞ Ordu Komandanlığı şəxsi heyətin sayını 90 min nəfər azaltmağı düşünür.
Ajans.az xəbər verir ki, bu barədə “Military.com” portalı yüksək rütbəli mənbələrə istinadən məlumat yayıb.
"Ordu rəhbərliyi gizli şəkildə şəxsi heyətin, 90 min nizami qüvvənin ixtisarının mümkünlüyünü nəzərdən keçirir", - onlayn nəşr yazır.
“Military.com” mənbələri planların Pentaqonun artan büdcə kəsiri ilə əlaqəli olduğunu bildirib.
Bundan əvvəl Amerika Federal Təhqiqat Bürosu (FTB) işçilərini ixtisar etməyə başlayıb.