Terror aktı zamanı "Crocus" mühafizəçilərində niyə SİLAH OLMAYIB?
Moskva vilayətində yerləşən “Krokus Siti Holl” konsert zalının mühafizəçiləri terror aktı zamanı silah gəzdirmək hüququna malik olmadığından silahsız olublar.
Ajans.az xəbər verir ki, bu barədə TASS məhkəmə materiallarına istinadən məlumat yayıb.
“Crocus International” şirkətinin nümayəndəsi bəyan edib ki, obyektin terrorçulardan müdafiəsi ilə bağlı heç bir qanun mühafizəçilərin odlu silahdan istifadəsini nəzərdə tutmur.
“Konsertdə olan mühafizə, konsertin təhlükəsizliyini təmin edən təşkilat qanuna uyğun hərəkət edib, onun əməkdaşları silahlı olmayıb”, o vurğulayıb.
Bundan əvvəl Rusiya İstintaq Komitəsi “Krokus”da terror aktının təşkilatçılarının adlarını açıqlamışdı. İstintaq belə nəticəyə gəlib ki, hücumu dost olmayan dövlətin xüsusi xidmət orqanları təşkil edib.
İstintaq həmçinin “Krokus”da törədilən terror aktında şəriklərin hərəkətlərinin xronologiyasını yenidən qurub. Cinayəti törədənlərə cinayətin təşkilində köməklik göstərən şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.