Reklam resmi
Reklam resmi

Rusiyadan Elton Conla bağlı qərar: Arzuolunmaz...

Rusiyadan Elton Conla bağlı qərar: Arzuolunmaz...
Dünya

Rusiya Baş Prokurorluğu britaniyalı məşhur musiqiçi ser Elton Conun təsis etdiyi “Elton John AİDS Foundation” adlı iki qeyri-hökumət təşkilatının fəaliyyətini arzuolunmaz elan edib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, təşkilatların məqsədi QİÇS-in qarşısının alınması və onunla mübarizədə ictimai birliklərə dəstək vermək, eləcə də ona yoluxmuş insanlara və qeyri-ənənəvi baxışları olan şəxslərə qarşı ayrı-seçkiliyin, etinasızlığın aradan qaldırılması olsa da, daha ​​çox qeyri-ənənəvi cinsi münasibətlərin, Qərb ailə modellərinin və cinsiyyətin dəyişdirilməsinin təşviqinə yönəlib:

“Rusiyada Britaniya fondu xarici agent kimi fəaliyyət göstərən qeyri-kommersiya təşkilatları ilə sıx əməkdaşlıq edir”.

Digər Xəbərlər